Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev korrupsiya cinayətinə görə həbs edilib. Ötən gün onun 2 milyon manatdan bir qədər artıq mənimsəmədə ittiham olunduğu barədə də məlumat vermişdik. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən yeyinti məbləği istintaqın ilkin araşdırmasının nəticəsidir. İ.Mustafayevin qanunsuz əməlləri nəticəsində dövlətə dəymiş ziyanın həcmi daha çoxdur.
Bununla bağlı istintaq orqanı artıq yeni dəlil və sübutlar aşkar edib. Hazırda həmin materiallar tədqiq olunur. Ehtimal odur ki, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə yenidən ittiham elan ediləcək. Bundan sonra dövlətə dəymiş ziyanın dəqiq məbləği də aydın olacaq.
Bulvar büdcəsində olan pullar necə mənimsənilib?