Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabr ayının 10-da saat 01:37-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb.
Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb.