Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Baş Nazir istefaya göndərildi

1 688
Paylaş:
Baş Nazir istefaya göndərildi

Suriya Prezidenti Bəşər Əsəd ölkənin Baş Naziri İmad Hamisi vəzifəsindən azad edib.

Pravda.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə suriyalı liderin mətbuat xidməti məlumat yayıb.

Qərarın səbəbi açıqlanmır.

Hamis 2016-cı ilin iyunundan ölkənin Baş Naziri vəzifəsini tuturdu. O, 2011-2016-cı illərdə Elektroenergetika Nazirliyinə rəhbərlik edib.

Əsəd Baş Nazir səlahiyyətlərinin müvəqqəti icrasını Su Ehtiyatları naziri Hüseyn Arnusa həvalə edib.

Bildirilir ki, hökumət yeni parlament seçkiləri keçirilənədək işini davam etdirəcək. Suriyada parlament seçkiləri iyulun 19-na planlaşdırılıb. Buna qədər onu koronavirus pandemiyası səbəbindən iki dəfə təxirə salıblar.Qafqazinfo

Paylaş:

Ən son xəbərlər