Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Pravda.az-aDİN-dən xəbər verilib.
Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakini olan bir nəfərin 12.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 9000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın saxlanılıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfəri aldadaraq hesabına 500 manat ödətdirməkdə şübhəli bilinən 33 yaşlı C.Yusifovun da müəyyən olunaraq saxlanılıdığı bildirilib.
Faktlarla bağlı araşdırma aparılır.
Abşeron sakininə qarşı 12 min, Bakı sakininə qarşı 9 min manatlıq dələduzluq edilib