BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıllıda nə baş verir? - RƏSMİ AÇIQLAMA

İsmayıllı Rayon İcra Hakimiyyəti rayonun Quşencə kəndində koronavirusa yoluxmaya qarşı tədbirlərin görülmədiyini və yas mərasiminin keçirilməsinə dair yayılan iddialara münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, iyunun 1-də Bakı şəhərində yaşayan Mustafayev Azər Bəyoğlan oğlu “COVID-19” virusu səbəbindən vəfat etdikdən sonra cəsədi Quşencə kəndinə gətirilib və doğulduğu kənddə dəfn olunub. Dəfn mərasimi karantin qaydalarına uyğun aidiyyəti qurumların nəzarəti altında həyata keçirilib.

Mərhumun ailə üzvləri Quşencə kəndində qohumlarına məxsus evdə qalıblar. Onlardan test nümunəsi götürülüb, laboratoriyaya  göndərilib:

"İyunun 4-də ailənin digər oğlu Bakıda eyni səbəbdən vəfat edərək Quşencə kəndinə gətirilib və dəfn olunub. Bu dəfə də dəfn mərasimi tam nəzarət altında icra edilib. Ailə üzvlərindən təkrar test nümunələri götürülüb.

Ailə yas mərasimi keçirməyib, Quşencədə olduğu günlərdə tam nəzarətdə olub. Bu müddətdə 2 dəfə test nümunəsi götürülsə də, neqativ nəticələr əldə olunub. Sonrakı günlərdə təkrar testləri pozitiv olan ailənin bütün üzvləri Ağdaş Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Xüsusilə qeyd edək ki, İsmayıllı rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti  tərəfindən müəyyən olunmuş  tələblərə uyğun davam etdirilir".

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərt karantin rejimi İsmayıllıda da tətbiq olunacaq.

 
 

Tarix: 11 İyun 2020, 22:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin