Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Diqqət: Koronavirus testindən keçməyə tələsməyin

1 229
Paylaş:
Diqqət:     Koronavirus testindən keçməyə tələsməyin

Yeni tip koronavirusa yoluxan şəxslərə erkən mərhələdə test tətbiq edilməsi yanlış nəticə verə bilər.

Con Hopkins Universiteti virusun genetik bilgisini aşkarlayan RT-PCR testləri ilə bağlı araşdırma aparıb.

Xəstəxanaya yerləşdirilənlər daxil olmaqla, yoluxanlardan pambıqlı çubuqla götürülən 1330 tənəffüs yolu nümunəsi üzərində aparılan araşdırma nəticəsində bəlli olub ki, erkən tətbiq edilən testlər neqativ nəticə verə bilir. Bu testlərin ən yaxşı performansı simptomların üzə çıxmasının 3-cü günündə tətbiq edilənlərdədir.

Mütəxəssislər bu testlərin yoluxmadan 8, simptomların büruzə verməsindən 3 gün sonra tətbiq edilməsini daha məqbul hesab edir. Onların sözlərinə görə, hətta bu durumda belə səhv nəticə çıxması ehtimalı 20%-dir.

Araşdırma məqaləsi "Annals of Internal Medicine" dərgisində yayımlanıb.Publika

Paylaş:

Ən son xəbərlər