Bu gün mənə zəng edib harada olduğumu soruşub ölümlə təhdid ediblər. Ofisdə olduğumu bildirmişəm.
Aslan İsmayılov ölümlə təhdid edilir
Pravda.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aslan İsmayılov məlumat verib.
"Açıqlamadığım bəzi məsələlərə görə təhlükənin real olduğunu bilib 102 xidmətinə zəng edib məlumatlandırmışam", - o bildirib.