BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan rejimi süqut edir – Qabil Hüseynli

Bu gün Ermənistanda pandemiyanın nəticələri “SOS” siqnalı çalmağa əsas verir. Hətta, Baş nazir Nikol Paşinyanın özünün də pandemiyaya yoluxması, ətrafının da bu xəstəlikdən əziyyət çəkməsi onu göstərir ki, ölkədə səhiyyənin inkişaf səviyyəsi, ümumiyyətlə pandemiya ilə mübarizə çox aşağı şəkildə qurulub.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Qabil Hüseynli bildirib.

 

O qeyd edib ki, səriştəsizlik, proseslərə nəzarətsizlik pandemiya ilə mübarizədə ölkənin maddi-texniki bazasının çox zəif inkişaf etməsi ilə qırılmaz surətdə bağlıdır:

 

“Dünyanın bir sıra ölkələrinin, xüsusilə Rusiya mətbuatı Ermənistandakı bu səriştəsizlikdən və pandemiyaya qarşı mübarizədə səmərəli mübarizə metodunun tapıla bilməməsindən yazaraq vurğulayırlar ki, belə bir vəziyyət Paşinyan rejiminin süqutuna gətirib çıxara bilər. Hətta proqnozlar verirlər ki, üzü payıza doğru ölkədə vəziyyət daha da ağırlaşacaq və bu ağırlaşma təkcə pandemiya ilə bağlı olmayıb, həm də əhalinin maddi rifah halının pisləşməsi, ölkə iqtisadiyyatının çökməsi və bunun nəticəsində işsizliyin xeyli dərəcədə artması ilə müşayiət olunacaq. Bütün bunları nəzərə alaraq bildirilir ki, Ermənistan bu gün özünün ən ağır dövrlərindən birini yaşayır və bu ağır dövrün əsas səbəbkarlarından biri də “Mənim addımım” blokunun gur bəyanatları ilə hakimiyyətə gəlib sonradan heç bir şey bacarmayan səriştəsiz Paşinyan və onun ətrafının siyasəti ilə bağlıdır”.

 

Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, təcavüzkarlığı, qonşu dövlətlərə qarşı müxtəlif təxribatları ilə öyünməyi bacaran ermənilər və onların siyasi elitası bütün bəşəriyyəti sınağa çəkən pandemiya ilə mübarizədə tamamilə səriştəsizlik, səbatsızlıq nümayiş etdirdilər:

 

“Bununla da onlar öz xalqlarını istənilən vaxt güdaza verə biləcəklərini nümayiş etdirdilər. Beləliklə, birmənalı surətdə demək olar ki, bu gün Ermənistan cəmiyyəti təkcə pandemiyadan deyil, həm də səriştəsiz rəhbərlikdən, həm də ölkədə başqa xalqlara nifrət təbliğ edən faşizm ideologiyasından və buna bənzər digər “izm”lərdən əziyyət çəkir. Bütün bunlar bu xalqın nəhayət, ağlını başına yığıb öz yolunu düzgün müəyyənləşdirməsini tələb edir”.

 

Qeyd edək ki, Rusiya mediasında Ermənistanda koronavirus pandemiyasının ağır fəsadlar törətməsi, hakimiyyətin səriştəsizliyi, bu ölkəni ağır nəticələr gözlədiyi barədə materiallar dərc olunub.Teleqraf

Tarix: 12 İyun 2020, 07:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin