Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Müdafiə və milli təhlükəsizlik xərcləri BU SƏBƏBDƏN ARTIRILMAYIB - AÇIQLAMA

842
Paylaş:
Müdafiə və milli təhlükəsizlik xərcləri BU SƏBƏBDƏN ARTIRILMAYIB -       AÇIQLAMA

Məlum olduğu kimi, dövlət büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb. 2025-ci ildə bəzi sahələrə ayrılan xərclər kəskin azalacaq. Azaldılacaq xərclər arasında müdafiə və milli təhlükəsizlik istiqamətinin olması müzakirə yaradıb. Hazırda sərhəddə davam edən gərginlik, Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulması önə çəkilərək bildirilir ki, müdafiə və milli təhlükəsizlik xərcləri 2025-ci ildə 6 milyard 658 milyon manat təşkil edir, bu da 2024-cü illə müqayisədə 468 milyon manat və ya 6,6% azdır. 

Milli Məclisin deputatı Elman Məmmədov Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirərək bildirib ki, Azərbaycan dövləti müdafiəyə və təhlükəsizliyə həmişə bir nömrəli vacib məsələ kimi baxır. 

“Müdafiəmizin etibarlı təminatı üçün lazım olan bütün işlər görülür. Cənab Prezidentimiz hər dəfə vurğulayır ki, biz orduya nə qədər vəsait ayırmaq lazımdırsa, ayırırıq, ayıracağıq da. Müdafiə xərclərinin azalmasının, yəqin ki, müxtəlif səbəbləri var. Gözləntilər belədir ki, sülh müqaviləsi imzalana bilər, artıq müharibə təhlükəsi sovuşub. Digər tərəfdən Ordumuz yetəri qədər təmin olunub və ayrılacaq xərclər yeni silah-sursatın alınması, döyüş hazırlığının yüksək səviyyədə saxlanması üçün kifayət edir. Lakin hər şey ola bilər. Əgər gedişatda hansısa fövqəladə vəziyyət yaranarsa, nəyə ehtiyac olarsa, vəsait ayrılması o qədər də çətin, problemli məsələ deyil. Azərbaycanın bu istiqamətdə maliyyə imkanları böyükdür. Ordumuz üçün nə lazım olacaqsa, Azərbaycan dövləti bunu etməyə hazırdır. Düşünürəm, Ordumuzun təminatında problem yoxdur, olmayacaq da. Müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmaması qarşıda duran yaxın gələcəkdə ciddi bir təhlükənin olmamasından da xəbər verir”, - deputat bildirib. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər