Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.
DİM-dən Pravda.az-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan və kompüterlər vasitəsilə keçirilir. İmtahan vermək üçün 132 nəfər qeydiyyatdan keçib.