Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan XİN İrana başsağlığı verdi

563
Paylaş:
Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Cənubi Xorasan əyalətindəki Təbas kömür mədənində partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.

Pravda.az-ın məlumatına görə, bu barədə XİN-nin X sosial şəbəkəsində paylaşım edilib.


“Xorasan əyalətindəki kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”- deyə paylaşımda qeyd olunub.


Qeyd edək ki, İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində dünən saat 21.00 radələrində baş vermiş partlayışda ölənlərin sayı 52 nəfərə çatıb, 17 yaralı var.

Paylaş:

Ən son xəbərlər