"Azəravtoyol" ASC-nin tabeliyində olan 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli Yol İstismar İdarəsində rüşvət və qanun pozuntusu, dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.
Musavat.com-a müraciət edən Mahir Bayramov deyib ki, 1992-ci ilə kimi həmin idarədə sürücü kimi işləyib.
Hər gün işə gedib-gəlib, maaş alıb. 1-ci Qarabağ müharibəsi başladığı vaxtlarda bütün digər qarabağlılar kimi o da işindən, evindən məhrum olub. Həmin idarə də işğal olunan torpaqlarda olduğuna görə düşmən tərəfindən dağıdılıb. Bura kimi hər şey məlumdur. Lakin əsas və maraqlı məsələ burdan başlayır. Həmin illərdə düşmən tərəfindən işğal olunan bir çox yol istismar idarələri birləşdirilir və 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli bazasında Yol İstismar İdarəsi yaradılır. İdarəyə isə Mədət Əlif oğlu Hacıyev rəis təyin edilir.
Mahir Bayramov bildirib ki, 32 ildir eyni vəzifədə işləyən Mədət Hacıyev elə həmin illərdən də qanunsuz fəaliyyətlərini həyata keçirməyə başlayıb:
"Dövlət əmlakı olan 100-dən artıq texnikanı satıb mənimsəyib. Dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqları naminə xərcləyir. Lakin bununla da kifayətlənməyən Mədət Hacıyev işğal nəticəsində respublikanın müxtəlif rayonlarına səpələnən əməkdaşların adlarını işdə saxlayaraq adlarına maaş yazır. Həmin maaşları da özü alaraq xərcləyir. Bunun nəticəsində də milyonlarla manat dövlət vəsaitini ələ keçirir".
Mahir Bayramov deyib ki, onun adına 150 min manatdan çox maaş yazılıb: