Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu və Vəfa Şərifova uzun müddətdir "Cənnətimsən" adlı mahnıya görə mübahisə edir.
Bəstə hər iki ifaçıya satılıb və onlar mahnını oxuyub və yutuba yerləşdirib. Bir neçə gündür ifaçılar bir-birinin ünvanına sərt sözlər deyir. Vəfa və Şəbnəm müəllif hüquqlarının qorunması üçün müxtəlif qurumlara müraciət edib.
Ş.Tovuzlu açıqlama yayaraq bildirib ki, müəllif hüquqları onu haqlı hesab edib: