Sabiq deputat Etibar Əliyev "Bu Şəhərdə" teatrını şəkildə tənqid edib.
Pravda.az onun mövqeyini təqdim edir:
"Teatrın tərbiyəvi rolu danılmazdır. Teatrdan zövq almalısan, ürəkdən gülməlisən. Hətta, məşhur yumoristlərdən biri "ekoloji təmiz yumor" anlayışını işlətmişdi. Təsadüfən "Bu şəhərdə -2050" 81-ci bölümə baxdım. "Toy" adlandırdıqları tamaşada səhnəyə inkasator rolunda daxil olan Coşquna içki təklif olunur. Nimçədə gətirilmiş şərti arağı "sağlıq"lar deməklə içirlər. Rafael deyir, bu, sənin ananın sağlığına, içirlər. Sonra ata sağlığına içirlər. Sonra Rafael Coşquna deyir: "Mənim anamın sağlığına, mənim anam anaş toyuq-zaddır? Səninkinin sağlığına içirik mənimkinin yox"? Baxırsan ki, tamaşaya xeyli gənc gəlib. Bu gənclər "Anaş toyuğun" nə olduğunu bilirlərmi? Yaxud sual versələr bunu onlara necə izah edə bilərik?