Hacıqabulda özünü asaraq həyatına son verən gəncin intiharı ilə bağlı bəzi detallar məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun asılmış meyitinin yerini sevdiyi qız söyləyib.
Belə ki, günlərdir axtarılan Sultan Babayevin ailəsi həmin qıza zəng edərək oğullarının yerini soruşublar.
Məlum olub ki, S.Babayev sevdiyi qıza öncədən özünü hansı ağacdan asacağını deyibmiş.
