Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ülvi Muradzadənin təqsirləndirilən şəxslərin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 24-nə təyin edilib.
Şikayət hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəmnində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Potapov Dimitri İqoyeviçi bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.
Kamal Məmmədov