Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Əmisini ov tüfəngi ilə öldürən şəxs qərardan narazıdır

522
Paylaş:
Əmisini ov tüfəngi ilə öldürən şəxs qərardan narazıdır

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 26-na təyin edilib. 

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, E.Fətullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət  əməlini törətməkdə təqsirli bilinib və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: Hadisə 2023-cü ilin oktyabrında Xətai rayonu,  NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin aralarında yaranmış mübahisə zamanı əmisi, 1971-ci il təvəllüdlü Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürüb. E.Fətullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər