Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda tanınmış pediatr koronavirusdan öldü

1 374
Paylaş:
Azərbaycanda tanınmış pediatr koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

Pravda.az-ın xəbərinə görə, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.

Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.

Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, o, virusun qurbanı olan ilk tibb işçisi deyil. Ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən vəfat edib.Bakupost

Paylaş:

Ən son xəbərlər