Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Azər Əliyev saxlanılıb. Ondan 2 kiloqrama yaxın çəkidə marixuana, metamfetamin və heroin aşkar edilib.