Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, C.V.nın saxlanılmasına səbəb sevgilsini hədələməsi olub.
Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma indi qadın ondan ayrılmaq istəyib.
Təxminən bir il əvvəl qadın C.V.-ya ayrılmaq istədiyini deyib. Bu səbəbdən onun yaşadığı ünvana gedərək, Ş.U.-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.