Müğənni Türkan Vəlizadə "Rəngarang" verilişində canlı yayımda ona hədiyyə edilən bahalı avtomobili qəbul etməyib. Pravda.az Teleqraf.com-a istinadla xəbər verir ki, Türkan Vəlizadə bu sözləri deyib: "Məni ciddi sevən insan hədiyyəni göndərməz. Hədiyyəni təklikdə bağışlayarlar. Mənə əsl hədiyyə sevgidir. Əsas saf sevgidir və insana qalacaq ailə həyatıdır. Bu avtomobili qəbul edə bilmərəm.
Avtomobili mənə hədiyyə etməyə ehtiyac yoxdur. O qədər kasıb ailələr, ehtiyacı olan insanlar var ki, avtomobili onlara hədiyyə etsinlər. Mən səsimlə, sənətimlə pulumu qazanıram".