Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Abdullayev və Səlvər Salmanov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onların rayon ərazisində yerləşən bazarda zərərçəkənlərdən birinin cibində olan 3400 manatı oğurladıqları müəyyən edilib.