“Yelo Bank” 43 nəfərin evindən çıxarılması üçün məhkəmələrə müraciət edib. Tribunainfo.az xəbər verir ki, bank bununla bağlı məhkəmədə 7 ayrı iş üzrə iddia qaldırıb. Bu işlərin əksəriyyəti bir neçə aydır ki, davam edir. Dünən Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə baş tutan işdə 21 nəfər cavabdeh qismində iştirak edib. İddianı qaldıran “Yelo Bank” Hümbətov Orxan, Səmədova Səba, Baxışova Natəvan, Sevdiməliyeva Nazilə, Sahibov Əliheydər, Sahibova Aygün, Hümbətli İsmayıl, Hümbətova Elşad, Hümbətov Tural, Hümbətov Zahid, Hümbətova Qərənfil, Sahibova Sədayə, Sahibov Mayis, Sahibov Surxay, Sahibov Emin, Hümbətova Gülşən, Hümbətli İlkin, Sahibova Fatimə, Sevdiməliyev Ramin, Sahibov Tehran və Hümbətli Durnanın yaşadığı mənzildən çıxarılmasını tələb edir. İşin mahiyyəti mənzil mübahisəsidir.
“Yelo Bank”ın qaldırdığı digər mənzildən çıxarılma üzrə işə isə sabah Sumqayıt şəhər Məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxılacaq. Bank bu prosesdə də 4 nəfərdən ibarət Əsgərovlar ailəsinin evindən çıxarılmasını tələb edir. Mənzilindən çıxarılanlar Əsgərova Sevinc, Əsgərova Sveta, Əsgərov Cəlal, Əsgərov Nicatdır.
Digər mənzil mübahisəsi ilə bağlı işə isə 30 sentyabr tarixində Abşeron rayon Məhkəməsində hakim Mirnəsir Mirhəsənlinin sədrliyi ilə baxılacaq. Bu prosesdə də “Yelo Bank” cavabdeh olan Sadıxov Əjdər, Məmmədov Rasim, Məmmədov Elçin, Məmmədova Sevda, Sadıxova Nuranə və Məmmədov Hüseynin yaşadıqları mənzildən çıxarılmasını tələb edir.
30 sentyabr tarixində Ağsu rayon Məhkəməsində də “Yelo Bank”ın iddiası əsasında bir ailənin mənzilindən çıxarılması tələbi ilə qaldırılan daha bir işə baxılacaq. Bank bu prosesdə də Əhmədov İntiqam, Əhmədova Əzimə, Əhmədova Samirə və Əhmədov İldırımın yaşadığı evdən çıxarılmasını tələb edir.
Daha bir işə isə 7 oktyabr tarixində hakim İlqar Hüseynovun sədrliyi ilə İsmayıllı rayon Məhkəməsində baxılacaq. “Yelo Bank” Əsgərov Əsəd, Əsgərova Afət və Əsgərova Fətulla ilə bağlı iddia qaldırıb və onların mənzildən çıxarılmasını tələb edir.