Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Vəfayla Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı

762
Paylaş:
Vəfayla Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı

Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlunun qalmaqalına səbəb olan “Cənnətimsən” mahnısı plagiat çıxıb. OLAY yazır ki, bu barədə “Günə bax” verilişində jurnalist Pərviz Hüseyn məlumat verib.

O bildirib ki, əslində Tural Sədalı ilə Arzu Məmmədovanın özlərinin bəstələdiklərini dedikləri mahnı Qədir Məmmədovun (Qızılsəs) illər öncə səsləndirdiyi “Pakizə”dən götürülüb. 

Belə ki, ifanın musiqisi məhz “Pakizə”dən plagiat olunub. 

Paylaş:

Ən son xəbərlər