Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Sabiq deputat: “Uşaqpulu verilsə, yaxşı olar, amma hazırkı vaxtda daha mühüm problemlərimiz var...”

907
Paylaş:
Sabiq deputat: “Uşaqpulu verilsə, yaxşı olar, amma hazırkı vaxtda daha mühüm problemlərimiz var...”

Milli Məclisin sabiq deputatı Aqil Məmmədov milyarderlərdən yüksək məbləğdə vergi alınaraq həmin vəsaitin uşaqpuluna yönəldilməsi ilə bağlı təkliflərə münasibət bildirib. 

O, Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda mövcud vergi qanunvericiliyi var, qanunvericilikdən kənara çıxamaq üçün  dəyişiklik etmək lazımdır. 

“Bu gün mövcud qanunvericilikdə heç bir dəyişiklik yoxdur. Qanunlarda dəyişiklik olsa, milyarderlərdən yüksək vergi alınması ilə bağlı məsələ nəzərdə tutularsa, bəlkə də, həmin vəsaiti uşaq puluna yönəltmək mümkün olar. Amma hazırda bu, mümkün deyil. Əlbəttə ki, dövlət uşaqpulu məsələsinin həlli istiqamətində düşünür. Çoxuşaqlı ailələrin sosial durumunun yaxşılaşdırılması üçün onsuz da mərhələli şəkildə mütəmadi addımlar atılır, dəstək göstərilir. Son zamanlar uşaqpulu gündəmdə olan mövzudur. Verilsə, yaxşı olar, amma hazırkı vaxtda daha mühüm problemlərimiz, əhəmiyyətli işlərimiz var. Bu işlər də təxirə salınmadan həllini tapmalıdır. Son zamanlar Ermənistanın sülh sazişi ilə bağlı vaxtı uzatması, müəyyən qüvvələr, dövlətlər tərəfindən silahlandırılması deməyə əsas verir ki, yeni bir müharibəyə hazırlıq dövrü ərəfəsində dövlətimizin, sərhədlərimizin qorunması istiqamətində daha mühüm addımlar atılmalıdır. Mən də hansısa formada uşaqpulunun verilməsinin tərəfindəyəm. Bu məsələ bir illik, bir aylıq deyil, uzunmüddətli həllini tapmalıdır ki, sonrakı dövrlərdə problem yaşanmasın. Dövlətimizin qayğısı həmişə var, bunu unutmaq olmaz, - sabiq deputat bildirib. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər