Bakıda zəhərlənmədən ölüm faktı qeydə alınıb. Pravda.az lent.az-a istinadən bildirir ki, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bakıda müəmmalı olay: meyvə satarkən zəhərlənib öldü
Qəsəbə ərazisində yerləşən meyvə mağazasında işləyən Ordubad rayon sakini, 24 yaşlı Turqut Əbil oğlu Nəsirli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.