Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Qaçqınkom" ləğv edilərək bazasında yeni qurum yaradıla bilərmi? - AÇIQLAMA

1 136
Paylaş:
"Qaçqınkom" ləğv edilərək bazasında yeni qurum yaradıla bilərmi? -       AÇIQLAMA

““Qaçqınkom”da (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - red) kadr və struktur dəyişikliyi aparmaq, eyni zamanda mütləq adında müəyyən dəyişiklik etmək lazımdır. Artıq torpaqlarımız işğaldan azad edilib, yeni vəziyyət yaranıb. Qarşıda sülh müqaviləsi ola bilər. Ermənistanla münasibətlərdə də dəyişikliklər var. Buna görə də Komitənin işi həm Azərbaycan-Ermənistan münasibətlərinin dəyişikliklərinə, eyni zamanda Qarabağda yeni infrastrukturların yaradılması və təminatına uyğunlaşdırılmalı, struktur dəyişikliyi aparılmalı, şöbə, sektor, idarələr yaradılmalı, bura peşəkar kadrlar cəlb olunmalıdır”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

O bildirib ki, Komitənin adındakı “qaçqın və məcburi köçkün” ifadələri faktiki olaraq mahiyyətini saxlayıb: “Yəni keçmiş də olsa, bu insanlar qaçqın, məcburi köçkün düşüblər. Qaçqınları indiki Ermənistan ərazisinə, məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura köçürülməsi prosesi, infrastrukturun yaradılması, onların təminatı məsələləri hələ aktualdır. Proses işğaldan sonrakı vəziyyətə gətirilməlidir. Qarşıda duran vəzifələr təkcə torpaqlarımızın azad olunması deyil, azad olunmuş torpaqlara insanların qaytarılması üçün müvafiq şəraitin yaradılması, dövlət dəstəyinin olmasıdır. Eyni zamanda Qərbi Zəngəzurla da bağlı planlarımız var. “Böyük Qayıdış”la əlaqədar təşkilat da yaradılıb. Məsələləri elə qoymaq lazımdır ki, vətəndaşlar yaxın illərdə öz dədə-baba yurdlarına rahat qayıda, orada işləyib, fəaliyyət göstərib, yaşaya bilsinlər”. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər