Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib. O qeyd edib ki, sözügedən məktəbin direktoru onun qızının geyiminə haqsız yerə irad bildirib. Məsələ ilə bağlı oxu.az-a açıqlama verən 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, digər şagirdlər kimi Fərəhə də irad tutulub:
Məktəb direktoru: "Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir?"
"Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur? Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli yubkadır, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik".