Tanınmış aktrisa Nəzakət Məmmədova qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Aktrisa sosial şəbəkə üzərindən videomüraciət yayaraq, boşanan oğlu haqda qeyd edib:
“Oğlum Elnur Məmmədov bir neçə il öncə ailə həyatı qurdu. Lakin xəyanətə görə 8 aydan sonra ayrıldı. Lakin sonra qızın ailəsi məhkəməyə müraciət edərək iddia etdi ki, guya cehizləri, qızılları evdə qalıb. Xətai Rayon Məhkəməsi faktları araşdırdı və sübut olundu ki, qız bütün cehizləri və qızılları özü ilə aparıb. Lakin qızın ailəsi Apellyasiya Məhkəməsinə müraciət etdi. Apellyasiya Məhkəməsi heç nəyi araşdırmadan ədalətsiz qərar verdi və bizi məhkəmədən qovdu. Eləcə də Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını saxladı.