"Məsələnin bu yerə gəlib çatdığına görə tamaşaçılardan üzr istəyirəm. Mahnını almışam, çek, səsyazısı, sözlərini necə dəyişməyimin sübutu varımdır. Qarşı tərəfdən sübut istədim ki, məndən əvvəl aldığınızı göstərin. Sonra sizə halallıq verəcəyəm. Etmədilər, acıq verdilər. Mən də geri çəkilmədim. Bizim öncədən də problemlərimiz var idi. Hər şeyin bu yerə gəlməyinə də səbəb odur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova "Bizimləsən" verilişində deyib. Proqrama virtual qoşulan Vəfa Şəbnəm Tovuzlu ilə aralarındakı mübahisənin mahnıdan əvvəl başladığını deyib.
Məsələ ilə bağlı sualları cavablandıran sənətçi kövrəlib:
"Qanunsuz şəkildə mahnım silindi. Məlum oldu ki, köməkçim Nadir Kərimova saatlarla zəng çatmır. Məsələni hüquq mühafizə orqanları nəzarətə götürüb. Məsələyə ciddi yanaşılır. Ona görə də bu haqda geniş açıqlama verməyi düzgün hesab etmirəm. İşçimin can güvənliyindən narahat idim".