Sentyabrın 23-də Nəsimi rayonu ərazisində bir nəfərin kuryer çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.