“Səhliyalı” şirkətinin istehsalı olan halal nemət markasına aid “İmsak” lyubitelskaya kolbasalarının da istehsalında insan orqanizmi üçün zərərli olan qida əlavələrinin istifadə edildiyi məlum olub. Tribunainfo.az xəbər verir ki, bu barədə elə istehsalçı şirkət özü kolbasaların tərkibi barədə məlumatda qeyd edib. Məlumatda qeyd edilib ki, “İmsak” kolbasalarının tərkibi mal əti (əla növ), toyuq və ya hinduşqa əti, kərə yağı və ya bitki yağı, üzsüz quru süd, nişasta, zülal stalizatoru, xörək duzu, natrium- nitrit, kompleks qida əlavələri (E-451, E-621, E-316) var.
Kolbasanın tərkibində olan bu qida əlavələri insan orqanizmi üçün olduqca zərərli hesab edilən və bir çox ölkədə istifadəəsi qadağan edilən əlavələrdir. Belə ki, kolbasanın tərkibində olan E451 natrium və kaliumun fosfatlarla zəngin duzlar olub ət məhsullarında, əritmə pendirdə, şirniyyatda, dondurmada, unlu toz qarışımlarda istifadə edilir. Diş məcunları və ağız baxım məhsullarında da istifadə edilir.
E451 qida əlavəsi E450 ilə eyni yan təsirlərə sahibdir. Almaniyada qadağandır. Qətiyyən tövsiyə olunmur. Siçanlar üzərində aparılan təcrübələrdə ümumi metabolizmin pozulmasına səbəb olur və hiperaktivliyə, mineralların sorulmasının ləngiməsinə, həzm pozulmalarına, sonsuzluğa, inkişafına mane olub ömrü qısaltdığı aşkar edilib.