Bir neçə gün öncə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmiş və müəllimlik fəaliyyətinə xitam verilən Leyla Nəcəfquliyeva tiktokerliyə başlayıb. Pravda.az Referans.az-a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında izləyicilərə məlumat verib.
Müəllim bildirib ki, artıq tiktokerdir. Müəllim hətta, məkanların reklam çarxının hazırlanması üçün işbirliyi də təklif edib.