Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycanda 6 vəzifəli şəxs işdən çıxarıldı - SƏBƏB

5 402
Paylaş:
Azərbaycanda 6 vəzifəli şəxs işdən çıxarıldı -     SƏBƏB

Naxçıvanda 6 məktəbin direktoru işdən çıxarılıb. Pravda.az Modern.az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə deputat seçilən məktəb direktorları vəzifəsindən azad edilib.

Vəzifəsindən azad edilən şəxslər Naxçıvan Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyevadır.

Məlumatı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən təsdiqləyiblər.

Qurumdan bildirilib ki, 20 sentyabr 2024-cü il tarixindən deputat seçilən məktəb direktorları ərizələri ilə vəzifələrindən azad olunublar.

Paylaş:

Ən son xəbərlər