Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu oğlunun toyuna çağırmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, "Elgizlə izlə" verilişinə zəng edən müğənni Afətin dəvətini qəbul etmədiyini söyləyib:
"Bu mövzuda danışmaq istəmirəm. 83 yaşım var. Afət xanımdan soruşun, həmin sözlərdən sonra, küçə sözləri deyəndə nə düşünürdü? O sözlərə layiq idim? Bicliklərinizi bilirəm, nəsə xoşunuza gəlməyəndə səsi kəsirsiniz. Afət xanımdan soruşuram, haqqımda bu qədər söz deyəndə nə düşünürdü?".