Sevinc, kədər insanı elə bürüyüb ki, söz tapıb hisslərimi ifadə edə bilmirəm.
Bunu yenidən qurulan Cəbrayıla qayıdan sakin Tünzalə Bəhramava deyib.
Müsahibimiz deyir ki, ən gözəl günləri, xatirələri Cəbrayılla bağlıdır.
"Biz oradan çıxanda cavan idik, əlimizdə körpə uşaqlarla çıxmışıq. Ən gözəl günlərimiz, ən gözəl xatirələrimiz orada qaldı. Cənab prezidentə təşəkkür edirik ki, bizə bu sevinci yenidən yaşatdı. Sevinc, kədər insanı elə bürüyüb ki, söz tapıb hisslərimi ifadə edə bilmirəm. Atamın qəbri orada qalıb. 30 ildir atamın qəbrini görə bilmirəm. Xəbər çıxandan yoldaşımla yatmamışıq ki, qayıdırıq elimizə, obamıza", - Tünzalə Bəhramova deyib.