BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Sərt karantin rejimi həftəiçi də tətbiq olunmalıdır

“Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

 

O bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olduğunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”.

Tarix: 12 İyun 2020, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin