Sentyabrın 24-də Ağcəbədidən Cəlilabadın Göytəpə qəsəbəsinə gəlin gətirən toy karvanında olan VAZ -2110 markalı avtomobillə yük maşınının toqquşması nəticəsində baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Musavat.com Baku tv-yə istinadən xəbər verir ki, belə ki, hadisədə minik avtomobilinin sürücüsü Pərviz Hüseynov və sərnişinlər - Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişiblər.
Qəzada ölənlər yaxın qohumdurlar və onların arasında bəyin bacısı və yeznəsi də var.