Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Parkda ona söz atan şəxsi bıçaqlayan gənclə bağlı QƏRAR

610
Paylaş:
Parkda ona söz atan şəxsi bıçaqlayan gənclə bağlı     QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Hüseyn Hüseynovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.



Qərara əsasən, şikayət təmin edilməyib.



Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



İttihama görə, hadisə 14 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parkların birində qeydə alınıb.



Belə ki, 2003-cü il təvəllüdlü Hüseyn Hüseynovun istirahət edən zaman onun parkda bir neçə qızla gəzməsinə zərərçəkmiş Qafar Əsədov (soyadı şərtidir) etiraz edib. Bu səbəbindən onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonra o, üzərində gəzdirdiyi bıçaqla qəsdən zərərçəkmiş şəxsin sol qolundan bir dəfə vuraraq ona xəsarət yetirib.



Hadisədən sonra Hüseyn Hüseynov saxlanılaraq istintaqa cəlb edilib.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər