Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Charge.az" valyuta vəsaitini xaricdən geri qaytarmayıb - İşə bu tarixdə baxılacaq

644
Paylaş:
"Charge.az" valyuta vəsaitini xaricdən geri qaytarmayıb -     İşə bu tarixdə baxılacaq

"Charge.az" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun sədrliyi ilə oktyabrın 4-də baxılacaq.

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər