Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzində qadınlar arasında baş verən bıçaqlanma hadisəsinə məhkəmədə qiymət verilib. Qaynarinfo-nun məlumatına görə, hadisə sığınacağın qadınlar üçün nəzərdə tutulmuş ümumi otağlında 1969-cu il təvəllüdlü Xəzangül adlı qadınla 12 noyabr 2022-ci il tarixdən mərkəzdə məskunlaşan Tatyana adlı qadın arasında baş verib.
Tərəflərin münasibəti 2023-cü ilin iyun-iyul aylarında pisləşib. Xəzangül Tatyananı dolabdakı şəxsi əşyalarını oğurlamaqda günahlandırıb. Onlar arasında dava isə 30 iyul 2023-cü il tarixdə, saat 16.00 radələrində baş verib.
Tatyana təqsirləndirilən şəxəsə "moşennik" (dələduz) deyib, "sən hər axşam harasa gedirsən, biz nə bilək hara gedirsən?" kimi sözlər işlədib.