Bakının 8 Noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Sürücülərə ŞAD XƏBƏR
Pravda.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
NİİM-in bununla bağlı sürücülərə müraciətində bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.