Təzəlikcə ürəyimdən əməliyyat olunmuşam, başım aşağı olan vaxt kameraya çəkib yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb fikirləşirdim.
Pravda.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev VII çağırış Milli Məclisin ilk iclasında yuxulaması barədə yayılan görüntülərə münasibət bildirərkən deyib.