Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda divarı zədələməyə görə ustalar arasında dava olub - MƏHKƏMƏ

779
Paylaş:
Bakıda divarı zədələməyə görə ustalar arasında dava olub -     MƏHKƏMƏ

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İqbal Cabbarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.


İttihama görə, hadisə 07 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.


Belə ki, İqbal Cabbarov həmin ərazidə yerləşən iki mərtəbəli yeni inşa edilmiş, yaşayış olmayan evdə rəngsaz işləri apararkən orada elektrik işlərini görən tanışı, zərərçəkmiş Yunis Əmirovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun təmir etdiyi divarı zədələməsi olub. Bu zaman o, zərərçəkmişin sifət və bədəninin digər nahiyələrinə vuraraq, ona xəsarət yetirib.


Hadisədən sonra İqbal Cabbarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər