Bərdə Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Amin Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 13 avqust 2024-ci il tarixdə, saat 13 radələrində Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən tikinti materialları bazarında qeydə alınıb.