Hazırda həbsdə olan Teylor İbrahimovun (Fətişoğlu) oğlu Ayxan İbrahimli həbs edilib. “Qafqazinfo” xəbər verir ki, A.İbrahimli ötən gecə paytaxtın Xətai rayonu ərazisində Bilal Əzizov adlı şəxsi bıçaqlamaqda şübhəli bilinir.
İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib. O, tanışına bıçaqla 2 zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.