Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kamola Mahmudova vəfat etdi

964
Paylaş:
Kamola Mahmudova vəfat etdi

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin keçmiş rəhbəri, özbək əsilli Kamola Mahmudova vəfat edib.

Pravda.az report-a istinadən xəbər verir ki, o, uzun sürən xərçəng xəstəliyindən sonra 48 yaşında Böyük Britaniyanın paytaxtı Londonda dünyasını dəyişib.

Xatırladaq ki, K.Mahmudova 1976-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. O, bir sıra təhsil, sosial və xeyriyyə layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olub.

K.Mahmudovanın dəfn mərasimi bu gün elə Londonda keçiriləcək.

Paylaş:

Ən son xəbərlər