Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.
Pravda.az sfera.az-a istinadən xəbər verir ki, bu cür hadisələr hava şəraitindən asılı olan insanlar üçün təhlükəli ola bilər. Alimlərin fikrincə, oktyabrın hər həftəsi maqnit qasırğası olacaq.
İlk güclü maqnit qasırğası ayın əvvəlində, oktyabrın 3-dən 6-dək gözlənilir. Qasırğanın gücü əvvəlcə 4 bal olacaq, sonra 5 bala yüksələcək. Növbəti artan günəş aktivliyi oktyabrın 10-dan 12-dək gözlənilir. Birinci gün güc 4 bal, sonra ayın 11-də 5 bal, ayın 12-də isə 6 bala çatacaq. Oktyabrın 17-də zəif birgünlük maqnit qasırğası gözlənilir. Sonra oktyabrın 22-dən 26-na kimi yüksək günəş aktivliyi olacaq. Bu fırtına uzun, lakin zəif olacaq və 4 baldan yüksək olmayacaq.