Xəbər verdiyimiz kimi, Səbail rayonu, İzzət Nəbiyev küçəsində yerləşən özəl bağçaların birində 2 yaşlı uşaq həyatını itirib.
Musavat.com-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, yaxınlıqda yaşayan sakinlər bağçada indiyə qədər belə hadisənin yaşanmadığını deyiblər.
Bağçadan isə hadisəyə münasibət bildirən olmayıb.
İlkin ehtimala görə, azyaşlı ehtiyatsızlıq səbəbindən yıxılıb və ağır xəsarətlər alıb. Digər bir ehtimal isə odur ki, azyaşlının nəfəs borusunda qida qalıb və o dünyasını dəyişib.