BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Üstümə canlı zibil atıblar”

“Neçə gündür, düşmüşəm qaragüruhun üstünə ki, polisimizə zibil atmayın, indi də götürüb mənim üstümə zibil atıblar. Birbaşa canlı zibil. Vətəndaş və İnkişaf adlanan partiyanın sədi Əli Əlyevdir bu zibilin adı. Maraqlıdır ki, həm iqtidar çevrələrində, həm də müxalifət çevrələrində elə bu cür də adlanır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

 

“Hər seçki başlayanda o qapıdan girib bu qapıdan çıxar, xeyri yoxdur tolazlayırlar gəldiyi zibilqabına. Ötən gün baxıram ki, Milli Şuranın zoom konfransında da kimsə Əli Əliyevin adını çəkəndə birbaşa dedi ki, o zibilin biridir, müxalifətə desant atıblar. İndi baxıram ki, videoçəkiliş edib, şəxsimə qarşı tərbiyəsizlik edir. Olsun. Nə birinci, nə də axırıncı tərbiyəsizdir, özümüz yola verərik. Olsun bu da Verdenisli Bəxtiyar P.-nin başqa bir tayı. Sadəcə ötən gün adamın həm də səfehlədiyini gördüm. Televiziyadan bəyan etdi ki, bəs prezident məni müdafiə naziri təyin etsin, 6 aya Qarabağı azad edim. İndi bu qorxağın biridir, etməsə başına əminəm ki, güllə vurmayacaq, ancaq bir şərtlə razılaşmaq olar: Əgər azad etməsən səni zibil kimi ermənilərə tullayacağıq...” – F.Mustafa qeyd edib.

 

Tarix: 12 İyun 2020, 22:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin